01
Bilik bazası
Diabet haqqında bilmək istədiyiniz məlumatları etibarlı mənbələrə əsaslanaraq rahat oxunan formada hazırlayıb paylaşırıq
02
Maarifləndirmə
Məlumat artdıqca qorxunun azaldığına, anlayışın isə daha sağlam seçimlərə yol açdığına inanırıq
03
Stiqmanın azaldılması
Diabetlə bağlı yanlış təsəvvürləri azaltmaq və insanların təcrübələrini daha rahat paylaşmasını hədəfləyirik
Yeni bloqlar
-

Post
İki həyat, bir gələcək
Hamiləlikdə diabet: Doğuşdan sonra hər şey bitmir — ana və körpənin gələcək sağlamlığı Hamiləlikdə diabet haqqında danışarkən diqqət çox vaxt qan şəkərinin nəzarətdə saxlanmasına, qidalanmaya və müalicəyə yönəlir. Amma hamiləliyin sonuna yaxın başqa bir sual da ortaya çıxır: doğuşdan sonra nə baş verir? Əslində diabetlə bağlı qayğı doğuşla birlikdə birdən-birə “bitən” bir proses deyil. Hamiləlik…
-

Post
İki həyat, bir balans
Hamiləlik dövründə diabet: Hər gələcək ananın bilməli olduğu vacib məqamlar — II hissə Hamiləlik dövründə diabetlə yaşamaq yalnız qan şəkərini ölçməkdən ibarət deyil. Qidalanma, fiziki aktivlik, çəki artımı, qan şəkərinin izlənməsi, dərman müalicəsi və həm ana, həm də körpənin vəziyyətinin mütəmadi qiymətləndirilməsi bu prosesin vacib hissələridir. Bəs hamiləlik zamanı diabeti idarə edərkən hansı məqamlara diqqət…
-

Post
İki həyat, bir sağlamlıq
Hamiləlik dövründə diabet: Hər gələcək ananın bilməli olduğu vacib məqamlar (I hissə) Hamiləlik qadın həyatının ən həssas dövrlərindən biridir. Bu müddətdə ananın sağlamlığında baş verən dəyişikliklər yalnız onun özünə deyil, inkişaf edən körpəyə də təsir göstərir. Bu səbəbdən hamiləlik zamanı diabet xüsusi diqqət tələb edən sağlamlıq problemlərindən biridir. Ümumdünya Səhiyyə Təşkilatının (WHO) məlumatına görə, hər…
-

Post
Diabetdə gizli təhlükə
Diabetiniz varsa, siqareti tərgitmək niyə bu qədər vacibdir? “Siqaret sağlamlığa zərərlidir” cümləsini demək olar ki, hamımız eşitmişik. Lakin çox az insan bilir ki, tütün istifadəsi diabetlə də birbaşa əlaqəlidir. Siqaret yalnız Tip 2 diabetin inkişaf riskini artırmır, həm də diabetlə yaşayan insanların qan şəkərini idarə etməsini çətinləşdirir və xəstəliyin ağırlaşmalarını sürətləndirə bilər. Azərbaycanda siqaret istifadəsi…
-

Post
Hər addımın əhəmiyyəti: Diabetdə fiziki aktivlik niyə vacibdir?
Tip 2 diabetin idarə olunması dedikdə bir çox insanın ağlına ilk olaraq dərmanlar, insulin və ya qidalanma gəlir. Halbuki müalicənin vacib hissələrindən biri də gündəlik hərəkətdir. Fiziki aktivlik yalnız çəkiyə nəzarət etməyə kömək etmir, eyni zamanda qan şəkərinin tənzimlənməsində, ürək-damar sağlamlığının qorunmasında və ümumi həyat keyfiyyətinin yaxşılaşmasında mühüm rol oynayır. Ümumdünya Səhiyyə Təşkilatının (WHO) tövsiyələrinə…
-

Post
İnsulin istidə xarab olur?
Yay aylarında temperatur yüksəldikcə insulin istifadə edən insanların ən çox verdiyi suallardan biri belə olur: “İnsulin istidə xarab olurmu?” Bəzən uzun yol səfərləri, çimərliyə getmək, avtomobildə qalmaq və ya elektrik enerjisinin kəsilməsi insanlarda narahatlıq yarada bilər. Çünki insulinin düzgün saxlanılması onun təsirini qorumaq üçün vacibdir. Ümumdünya Səhiyyə Təşkilatının (WHO) 2024-cü ildə yayımladığı “Thermostability of Human…
-

Post
Diabetlə yaşamağın görünməyən qiyməti
Diabet haqqında danışanda çox vaxt ilk ağla gələn insulin, dərmanlar və ya qidalanma olur. Amma diabetlə yaşamağın gündəlik idarə olunmasının başqa bir tərəfi də var: bunun maliyyə yükü. Qlükometr, test zolaqları, lansetlər və HbA1c analizi diabetin idarə olunmasında istifadə olunan əsas vasitələrdəndir. Bu vasitələrin qiyməti isə diabetlə yaşayan insan üçün sadəcə bir alış-veriş məsələsi deyil.…
-

Post
Diabeti idarə etmək üçün insulin təkbaşına kifayət edirmi
Diabeti idarə etmək üçün insulin təkbaşına kifayət edirmi? Bir çox insan diabet haqqında düşünəndə ağlına ilk gələn söz insulin olur. Xüsusilə Tip 1 diabetdə insulin həyati əhəmiyyət daşıyır və onsuz yaşamaq mümkün deyil. Tip 2 diabetlə yaşayan bəzi insanlar da müəyyən mərhələdə insulin müalicəsinə başlayırlar. Bəs insulin təkbaşına diabeti idarə etmək üçün kifayətdirmi? Qısa cavab…
-

Post
İki Diabetli, Bir Söhbət
Bəzən eyni xəstəliklə yaşamaq iki insan üçün tamamilə fərqli təcrübə demək olur. Diabet gündəlik həyatı necə dəyişir?Diabetlə hamiləlik necə bir təcrübədir?İllər keçdikcə diabetlə yaşamaq çətinləşirmi? Bu dəfə “Şəkərsiz Söhbətlər” də iki diabetlə yaşayan insan bir araya gəlir: Aytən Paşayeva: 30 ildən çoxdur ki, diabetlə yaşayan biridir. Könül Axundzadə: 20 ildən çoxdur ki, diabetlə yaşayan biridir.…
-

Post
Şəkərsiz Söhbətlər
Soruşmağa Dəyər Bəzən diabet haqqında ən çox verilən suallar sadə görünür, amma cavabları çox şey dəyişə bilər. Bu dəfə “Şəkərsiz Söhbətlər”də uzun illərdir dost olan iki insan bir araya gəlir:Nigar: diabetlə yaşamayan biri kimi, çoxumuzun ağlına gələn sualları verir.Könül isə tip 1 diabetlə yaşayan biri kimi bu suallara öz təcrübəsi və səmimi yanaşması ilə cavab verir. Söhbətin…

